Ucnoqta.az
www.ucnoqta.az

Həyətində narkotik yetişdirən Masallı sakini saxlanılıb - <font color=red><b>FOTO</b></font>

10:31 - 8 Sentyabr 2021 tarixində dərc olunub.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik xassəli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən, rayonun Musaküçə kənd sakini Q.Bayramov saxlanılıb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Onun yaşadığı evin həyətində kultivasiya yolu ilə becərdiyi yaş halda çəkisi 9 kiloqram olan 3 ədəd narkotik xassəli çətənə kolu, həyətdəki yardımçı tikilidən isə 370 qram narkotik vasitə qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif: