Ucnoqta.az
www.ucnoqta.az

Bakıda iki yük avtomobili toqquşub - <font color=red><b>FOTO</b></font>

23:14 - 7 Sentyabr 2021 tarixində dərc olunub.

Bakının Nərimanov rayonunda yol qəzası baş verib.

Apa xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.
“Mercedes” markalı qoşqulu yük avtomobili eyni istiqamətdə hərəkətdə olan digər “Mercedes” markalı qoşqulu yük maşınına çırpılıb. Qəza nəticəsində yük avtomobilinin sürücüsü xəsarət alıb.

Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları cəlb edilib.

Müəllif: