Ucnoqta.az
www.ucnoqta.az

Qazaxda minik maşını yandı

21:25 - 7 Sentyabr 2021 tarixində dərc olunub.

Qazax rayonunun Bala Cəfərli kəndində "ГАЗ" markalı minik avtomobilinin salon və mühərrik hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: