Ucnoqta.az
www.ucnoqta.az

Ukraynadan Rusiyaya gedən azərbaycanlı qadınlar saxlanıldı

19:31 - 7 Sentyabr 2021 tarixində dərc olunub.

Ukraynadan Rusiyaya keçmək istəyən azərbaycanlılar saxlanılıb.

Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, 4 Azərbaycan və bir Özbəkistan vətəndaşı və onları müşayiət edən bələdçi sərhədçilərin gözündən yayına bilməyib. Məlumata görə, bələdçi barədə cinayət işi qaldırılıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, saxlanılan azərbaycanlılardan ikisi qadındır. 

Ümumiyyətlə, saxlanılanların hamısı Rusiyaya iş axtarmaq üçün getmək istəyiblər.

Müəllif: