Ucnoqta.az
www.ucnoqta.az

Yasamalda avtomobil piyadanı vurub

09:10 - 7 Sentyabr 2021 tarixində dərc olunub.

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hadisə Yasamal rayonunda olub.

Piyada, 1973-cü il təvəllüdlü Əliyev Əmir Seyidəli oğlu Nəriman Nərimanov heykəlinin yaxınlığında yolu keçərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.///report

Müəllif: