Ucnoqta.az
www.ucnoqta.az

İmişlidə motosikletlə "VAZ 2115" toqquşub - <font color=red><b>2 nəfər ölüb</b></font>

01:25 - 7 Sentyabr 2021 tarixində dərc olunub.

İmişlidə baş vermiş avtoqəzada 2 nəfər ölüb, bir nəfər xəsarət alıb.

Ucnoqta.az Apa-ya istinadla xəbər verir ki, hadisə İmişli rayonunun Cəfərli kəndində qeydə alınıb.

Motosikletlə "VAZ 2115" markalı avtomobilin toqquşması nəticəsində motosikletdə olan 3 nəfərdən biri hadisə yerində, digəri - Əliqulular kənd sakini, 1987-ci il təvəllüdlü Şiraslanov Zamin Bəhlul oğlu isə Şirvan xəstəxanasında ölüb. Bir nəfər - 2007-ci il təvəllüdlü Musayev Elbay Xasay oğlu yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: