Ucnoqta.az
www.ucnoqta.az

Bakıda zəncirvari yol qəzası baş verib -<font color=red><b> FOTO</b></font>

00:30 - 7 Sentyabr 2021 tarixində dərc olunub.

Bakının Yasamal rayonunda avtoqəza qeydə alınıb.

Hadisə Mətbuat prospektində baş verib.

"Hyundai" markalı avtomobilin sürücüsü sola dönərkən qəfil əyləcdən istifadə edib. Bu zaman yüksək sürətlə hərəkətdə olan "Kia" markalı minik maşını "Hyundai"la toqquşub. Digər eyni markalı avtomobil isə "Kia" markalı nəqliyyat vasitəsinə çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb edilib.///Apa

Müəllif: