Ucnoqta.az
www.ucnoqta.az

Qazaxda qardaş qardaşı bıçaqlayıb

21:19 - 6 Sentyabr 2021 tarixində dərc olunub.

Qazax rayonunda bıçaqlanma hadisəsi baş verib.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaymaqlı kəndində qeydə alınıb.

1974-cü il təvəllüdlü Qaracayev Mustafa Məhəmməd oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O, cərrahi əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, 47 yaşlı kişini qardaşı bıçaqlayıb. Faktla bağlı araşdırma aparılır.

Müəllif: