Ucnoqta.az
www.ucnoqta.az

Kişi parkda arvadını ürəyindən bıçaqladı

16:01 - 6 Sentyabr 2021 tarixində dərc olunub.

Bərdə rayonunda kişi parkda arvadını öldürüb.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun mərkəzində yerləşən parklardan birində baş verib.

Rayonun Muğanlı kənd sakini, təxminən 25 yaşında olan Tural Mustafayev həyat yoldaşı Təranə Mustafayevanı ürəyindən və boynundan bıçaq zərbəsi vuraraq qətlə yetirib.

Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: