Ucnoqta.az
www.ucnoqta.az

Türkiyədə daha bir meşə yanğını oldu

19:44 - 4 Sentyabr 2021 tarixində dərc olunub.

Türkiyənin Balıkesir şəhərində meşə yanğını baş verib.

Ucnoqta.az “Anadolu”ya istinadən xəbər verir ki, hadisə Yıldız və Bozen məhəllələri arasındakı meşəlik ərazidə yaşanıb.

Naməlum səbəbdən başlayan yanğının söndürülməsi üçün əraziyə 1 helikopter, 9 yanğınsöndürən vasitə cəlb edilib.

Bildirilib ki, 1 saatlıq fəaliyyətdən sonra yanğını nəzarətə almaq mümkün olub.///Report

Müəllif: