Ucnoqta.az
www.ucnoqta.az

"Azərbaycanfilm" "Azərsu" ASC-ni məhkəməyə verib

10:40 - 3 Sentyabr 2021 tarixində dərc olunub.

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyası Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) “Azərsu” Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib.

Bu barədə MMC Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

Belə ki, "Azərbaycanfilm" “Azərsu” ASC-yə qarşı su enerjisinin ödənilməsi barədə tələb irəli sürüb.

Məhkəmənin hazırlıq iclasının vaxtlı hələlik məlum deyil.

İddia hakim Emin Əliyevin icraatına verilib.///report

Müəllif: