Ucnoqta.az
www.ucnoqta.az

Ağsuda fermerin 9 baş iribuynuzlu heyvanı oğurlanıb - <font color=red><b>FOTO</b></font>

23:11 - 2 Sentyabr 2021 tarixində dərc olunub.

Ağsu rayonunda oğurluq hadisəsi baş verib.

APA-nın xəbərinə görə, rayonun Cəfərli kənd sakini, 1966-cı il təvəllüdlü Alxan Basayev Ağsu Rayon Polis Şöbəsinə müraciət edərək ona məxsus 12 baş iribuynuzlu heyvanın naməlum şəxs tərəfindən oğurlanması barədə məlumat verib.

Həmin heyvanlardan 3-ü tapılıb. Fermerə ümumilikdə 15 min manata yaxın maddi ziyan dəyib. Polis əməkdaşları oğurluq edən şəxsin tapılaraq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Faktla bağlı Ağsu RPŞ tərəfindən araşdırma aparılır.

 

Müəllif: