Ucnoqta.az
www.ucnoqta.az

Kürəkən qayınanasının evindən 20 min manatlıq qızıl oğurladı

13:38 - 2 Sentyabr 2021 tarixində dərc olunub.

Bakıda evdən xeyli miqdarda qızıl oğurlanıb.

Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən xəbərə görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 18-də Binə qəsəbəsindəki evlərin birindən 500 manat pul və 20 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibəsinin kürəkəni  T.Kərimov saxlanılıb və o, törətdiyi əməli etiraf edib.

Müəllif: