Ucnoqta.az
www.ucnoqta.az

Bakıda intihara cəhdin qarşısı alınıb

08:51 - 2 Sentyabr 2021 tarixində dərc olunub.
Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Fövqəladə Hallar Nazirliyindən (FHN) Ucnoqta.az-a verilən məlumata görə, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
Müəllif: