Ucnoqta.az
www.ucnoqta.az

Dənizdə batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub

22:41 - 1 Sentyabr 2021 tarixində dərc olunub.

Bu gün "Mərdəkan" və “Bilgəh” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.

Bu barədə Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Xilasetmə əməliyyatı FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən aparılıb.

Müəllif: