Ucnoqta.az
www.ucnoqta.az

Göygöldə avtomobil aşıb, sürücü ölüb - <font color=red><b>FOTO</b></font>

20:16 - 1 Sentyabr 2021 tarixində dərc olunub.

Göygöl rayonunda ölümlə nəticələn yol qəzası baş verib.

APA-nın xəbərinə görə, qəza Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Sürücü 1990-cı il təvəllüdlü Hüseynli Ayxan Arzu oğlu xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif: