Ucnoqta.az
www.ucnoqta.az

Daşkəsəndə 72 yaşlı kişi güllələnib

22:22 - 31 Avqust 2021 tarixində dərc olunub.

Daşkəsən rayonunda yaşlı kişi tüfəngdən açılan atəş nəticəsində xəsarət alıb.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Zivlən kəndində qeydə alınıb. Kənd sakini, 1949-cu il təvəllüdlü İsmayılov Zahid Əmir oğlu sol ayağından güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilib.

Özünün dediyinə görə, tanıdığı şəxs tüfənglə atəş açaraq onu yaralayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Müəllif: