Ucnoqta.az
www.ucnoqta.az

Ağstafada koronavirus xəstələri saxlanılıb

18:58 - 31 Avqust 2021 tarixində dərc olunub.

Ağstafada yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Ağstafa Rayon Polis Şöbəsinin (ŞPŞ) əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Köhnə Qışlaq kənd sakini Ramin Abbasov ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi müəyyən olunub.

Polis əməkdaşları dərhal onun rayon ərazisində yerini müəyyən edərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı evə göndərib.

Fakla bağlı araşdırmalar davam etdirilir.

Müəllif: