Gəncədə 17 yaşlı oğlanın meyit tapılıb.
Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Gəncə şəhərinin Kəpəz rayonu, Hacıkənd qəsəbəsində ağacda aşkarlanmış 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.
Müraciətlə əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub. Görülən tədbirlər nəticəsində 2004-cü il təvəllüdlü Məmmədov Eldəniz Həbib oğlunun meyiti aidiyyəti üzrə təhvil verilib.