Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda daha bir körpə küçəyə atıldı

09:34 - 31 Avqust 2021 tarixində dərc olunub.

Gəncədə dörd aylıq körpə küçəyə atılıb. 

Ucnoqta.az xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, Gəncə şəhər A.Ziyatxanov küçəsində yerləşən 18 nömrəli məktəbin yanında çantanın içərisində körpə tapılıb.

Azyaşlı qız 2 saylı uşaq xəstəxanasına yerləşdirilib. Vəziyyəti normaldır.

Qeyd edək ki, bir müddət əvvəl Sumqayıtda və Ucarda da körpələr küçədə tərk edilmişdi. 

Müəllif: