Ucnoqta.az
www.ucnoqta.az

Mexikoda kranın düşməsi nəticəsində ölənlər və yaralananlar var

23:45 - 30 Avqust 2021 tarixində dərc olunub.

Meksikanın paytaxtı Mexikoda yol təmiri aparılan ərazidə kranın aşması nəticəsində 5 fəhlə ölüb.

"Report"un Rusiya mətbuatına istinadən xəbərinə görə, bu barədə Ecatepec bələdiyyəsi məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində daha ikisi yaralanıb.

Bədbəxt hadisə iki qonşu bələdiyyəni birləşdirən prospektdə yerüstü keçidin inşası zamanı baş verib.

Müəllif: