Ucnoqta.az
www.ucnoqta.az

Hacıqabulda yol qəzasında ölən və yaralananların adları <font color=red><b>məlum olub - FOTO</b></font>

22:08 - 30 Avqust 2021 tarixində dərc olunub.

Hacıqabulda yol qəzasında ölən və yaralananların adları məlum olub.

Qəzasında xəsarət alan sərnişinlərdən biri – Saatlı sakini, 1959-cu il təvəllüdlü Ağayev Güləhməd Xanaəhməd oğlu xəstəxanaya çatdırılarkən yolda ölüb. 

Qəzada digər xəsarət alan, İmişli rayonu, Boççalılr kənd sakinləri, 1986-cı il təvəllüdlü Quliyeva Esmira Nadir qızı, 2016-cı il təvəllüdlü Bayramov Hüseyn Mövsüm oğlu, 1980-ci il təvəllüdlü Bayramov Mövsüm Camal oğlu (əməliyyata götürülüb), İmişli rayonunun Yalavac kənd sakini, 1968-ci il təvəllüdlü Əliyev Hacıbala Polad oğlu və Saatı rayonunun Potubəyli kənd sakini, 1960-cı il təvəllüdlü Mikayılov Rzalı İsmayıl oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.



***

Hacıqabul-Horadiz yolunun Hacıqabul şəhəri ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, iki "Mercedes" markalı avtomobil toqquşub.
Nətcədə bir nəfər ölüb, 5 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: