Ucnoqta.az
www.ucnoqta.az

Bakıda qadın sirkə turşusu içərək intihar etdi

20:07 - 30 Avqust 2021 tarixində dərc olunub.

Bakıda qadın intihar edib.

Hadisə avqustun 27-də paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. 65 yaşlı Məmmədova Gülnisə  Kamal qız evdə sirkə içərək özünü öldürmək istəyib.

O, ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, yaşlı qadın avqustun 30-da orada ölüb.

İntiharın hansı səbəbdən baş verdiyi dəqiq bilinmir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: