Ucnoqta.az
www.ucnoqta.az

Bakıda tanınmış klubda mühafizəçi müştərini döyərək öldürüb

08:41 - 30 Avqust 2021 tarixində dərc olunub.

Bakının Xətai rayonunda qətl hadisəsi baş verib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə Xocalı prospektində yerləşən iaşə obyektində qeydə qlınıb.

Belə ki, “Berlin pub” klubunun mühafizəçisi Orxan Şahbazov iaşə obyektində müştəri olan 1981-ci il təvəllüdlü Mustafayev Vüqar İlham oğlunu döyərək qətlə yetirib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda cinayət işi başlanılıb. O.Şahbazov saxlanılıb.

Müəllif: