Bakıda qəzaya uğrayan avtomobil ana və 6 aylıq körpəsini vurdu
01:06 - 30 Avqust 2021 tarixində dərc olunub.
Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1993-cü il təvəllüdlü Mövsümova Urfanə Əmir qızı və onun azyaşlı övladı, 2021-ci il təvəllüdlü Möhsümova Zeynəbxanım Məşəl qızını vurub. Hər iki yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı U.Mövsümovaya qapalı kəllə-beyin travması, Z. Mövsümovaya isə əl və ayaq sümüklərinin sınıqları diaqnozları qoyulub.
Qeyd edək ki, hadisəyə səbəb iki avtomobilin toqquşması olub. Bu zaman qəzaya uğrayan avtomobillərdən biri idarəetmədən çıxaraq, piyadaları vurub.
Hadisənin təfərrüatı araşdırılır.