Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Tokio-2020:</b></font> Azərbaycan 9-cu qızıl medalını qazandı

13:47 - 29 Avqust 2021 tarixində dərc olunub.

Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarında 11-ci medalını qazanıb.

Qadın cüdoçu Dürsədəf Kərimova 70 kq-dan yuxarı çəki dərəcəsində qızıl medala sahib olub. O, finalda qazaxıstanlı Zarina Baybatinanı ipponla məğlub edib.

Qeyd edək ki, bu, Azərbaycanın 9-cu qızıl medalı olub.

Müəllif: