Ucnoqta.az
www.ucnoqta.az

Zaqatalada restoranın icarədarı və toy sahibi cərimələndi - <font color=red><b>Foto</b></font>

12:22 - 29 Avqust 2021 tarixində dərc olunub.

Zaqatalada Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən yoxlamalar zamanı Əliabad qəsəbəsi ərazisində yerləşən “Göl üstü” restoranında mövcud qayda və tələblərin pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, obyektə baxış zamanı orada təşkil edilən toy mərasimi barədə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi aşkarlanıb.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar restoranın icarədarı Fərman Qaraxanov və toy sahibi inzibati məsuliyyətə cəlb edilərək cərimələniblər.

Müəllif: