Ucnoqta.az
www.ucnoqta.az

Türkiyədə 14 yaşlı oğlan ailə üzvlərini güllələdi

22:22 - 28 Avqust 2021 tarixində dərc olunub.

Türkiyənin Ordu vilayətində qandonduran hadisə baş verib.

Korgan rayonunda 14 yaşlı oğlan fındıq yığmaq üstündə ailə üzvləri ilə mübahisə edib.
O, polis məmuru olan atasının tapancasını götürərək atasına, qardaşına, anasına və nənəsinə atəş açıb.

Nəticədə, anası Rahimə Y. və nənəsi Cənnət Gərdək hadisə yerində həyatlarını itiriblər. Atası C.Y. və qardaşı Murad Y. ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Sonuncu xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma başladılıb.

///oxu.az

Müəllif: