Ucnoqta.az
www.ucnoqta.az

Qubada iki avtomobil toqquşub, <font color=red><b>5 nəfər xəsarət alıb</b></font>

13:25 - 28 Avqust 2021 tarixində dərc olunub.

Quba rayonunda yol qəzası baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Qonaqkənd yolunun giriş hissəsində qeydə alınıb.

Belə ki, işıqfor quraşdırılmış yol kəsişməsində iki avtomobil toqquşub, nəticədə 5 nəfər xəsarət alıb. Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: