Ucnoqta.az
www.ucnoqta.az

Qızılağac qoruğunda baş verən yanğın söndürülüb

09:08 - 28 Avqust 2021 tarixində dərc olunub.
Lənkəran şəhərinin Balıqçılar qəsəbəsində Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində baş verən yanğın söndürülüb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın zamanı 30 ha sahədə quru ot və kol-kos yanıb. Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri tərəfindən söndürülüb. Ərazinin qalan hissəsi yanğından mühafizə olunub
Müəllif: