Ucnoqta.az
www.ucnoqta.az

Yevlaxda avtomobil motosikletlə toqquşub, xəsarət alan var

19:45 - 27 Avqust 2021 tarixində dərc olunub.

Yevlax rayonunda yol qəzası baş verib.

Hadisə Yevlax şəhəri 2 saylı orta məktəbin yaxınlığında qeydə alınıb.

Minik avtomobilinin motosikletə çırpılması nəticəsində ikinci idarəetmədən çıxaraq aşıb. Nəticədə motosikletin sürücüsü, 1969-cu il təvəllüdlü Qorxmaz Göyüşov xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///report

Müəllif: