Ucnoqta.az
www.ucnoqta.az

Ötən sutka 6 nəfər xilas edilib - <font color=red><b>FHN</b></font>

11:59 - 27 Avqust 2021 tarixində dərc olunub.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Ucnoqta.az FHN-in saytına istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 51 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 2-si azyaşlı olmaqla 6 nəfər, o cümlədən Bakı şəhərinin Səbail rayonunda intihara cəhd edən 1 nəfər xilas olunub.

Həmçinin, Sumqayıt şəhərində dənizdə batan 2011-ci il təvəllüdlü Qələndərli Hüseyn İzmir oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Müəllif: