Ucnoqta.az
www.ucnoqta.az

Hacıqabulda qanunsuz narkotik dövriyyəsi ilə məşğul olan şəxslər tutulub

12:22 - 26 Avqust 2021 tarixində dərc olunub.

Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri Nuru Mirzəyev və Fərid Talıbov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan narkotik maddə olan heroin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.

Müəllif: