Ucnoqta.az
www.ucnoqta.az

Altı gündür yoxa çıxan gənc axtarılır - <font color=red><b>FOTO</b></font>

10:14 - 26 Avqust 2021 tarixində dərc olunub.

Sumqayıtda gənc oğlan itkin düşüb.

Bu barədə onun yaxınları məlumat paylaşıblar. Bildirilir ki, 26 yaşlı Sumqayıt şəhər sakini Rauf Kazımov 6 gün əvvəl yaşadığı evi tərk edərək bir daha geri qayıtmayıb.

Onun bir qulağında anadangəlmə zəiflik olduğu da qeyd edilir.

Raufu görən şəxslərdən yaxınlıqdakı polis bölməsinə xəbər vermələri xahiş olunur.///lent.az

Müəllif: