Ucnoqta.az
www.ucnoqta.az

Şabranda "Shacman" mikroavtobusla toqquşub, <font color=red><b>çox sayda yaralı var</b></font>

13:46 - 25 Avqust 2021 tarixində dərc olunub.

Şabran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Dəvəçi kəndi ərazisində qeydə alınıb. "Shacman" markalı yük avtomobili ilə "Hyundai" markalı mikroavtobus toqquşması nəticəsində xeyli sayda şəxsin xəsarət aldığı bildirilir.
Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onların şəxsiyyətləri dəqiqləşdirilir.

Hadisə yerinə həkim və polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.///report

Müəllif: