Ucnoqta.az
www.ucnoqta.az

Ötən gün ictimai yerlərdə 18 koronavirus xəstəsi saxlanılıb

11:58 - 25 Avqust 2021 tarixində dərc olunub.

Avqustun 24-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 18 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 3 nəfər barəsində cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.

Müəllif: