Ucnoqta.az
www.ucnoqta.az

DYP-nin keçmiş rəisini əmisi bıçaqladı, özü isə intihar etdi

09:39 - 25 Avqust 2021 tarixində dərc olunub.

Xaçmaz rayonunda ailə faciəsi yaşanıb 

Ucnoqta.az xəbər verir ki, Bizim.Media-nın əldə etdiyi məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin keçmiş rəisi Əliağa Əsgərbəyli əmisi Rövşən Əlağa oğlu Əsgərbəyli tərəfindən bıçaqlanıb.

Hadisədən sonra cinayətkar özünü güllələyib.

O, hadisə yerindəcə ölüb. Hazırda onun meyiti Səhiyyə nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji anatomiya birliyinin Xaçmaz rayon şöbəsində ekspertiza edilir. Əliağa Əsgərbəyli isə yaralı vəziyyətdə Xaçmaz Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Müəllif: