Ucnoqta.az
www.ucnoqta.az

Qazaxda iki nəfəri bıçaqla, bir nəfəri tüfənglə <font color=red><b>YARALADI</b></font>

20:21 - 24 Avqust 2021 tarixində dərc olunub.

Qazaxda üç nəfərə xəsarət yetirən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində avqustun 22-də rayon sakini R.Əlirzayevə və S.Mansurova bıçaqla, K.Məmmədovun isə ayaq nahiyəsinə odlu silahla xəsarət yetirməkdə şübhəli bilinən şəhər sakini E.Hüseynov saxlanılıb.

Saxlanılan şəxsdən nömrəsi silinmiş “Makarov” markalı tapança və 1 ədəd patron götürülüb.

Müəllif: