Ucnoqta.az
www.ucnoqta.az

Füzulidə evdə yanğın olub

18:00 - 24 Avqust 2021 tarixində dərc olunub.

Füzuli rayonunun Böyük Bəhmənli kəndində ümumi sahəsi 235 m² olan birmərtəbəli evin 1 otağında yataq dəsti və pəncərə çərçivəsi yanıb.

Ucnoqta.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, yüksək temperaturdan otağın tavanı və ev əşyaları qismən qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Müəllif: