Ucnoqta.az
www.ucnoqta.az

Bakıda iki avtomobilin toqquşması xəsarətlə nəticələnib

08:59 - 23 Avqust 2021 tarixində dərc olunub.

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Xətai rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişin 1985-ci il təvəllüdlü Heydərov Elsevər Rövşən oğlu xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.///report

Müəllif: