Ucnoqta.az
www.ucnoqta.az

Qaxda minik avtomobili yanıb

10:07 - 22 Avqust 2021 tarixində dərc olunub.

Qax rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, rayonun Qaxbaş kəndində “Chevrolet” markalı minik avtomobilinin idarəetmə lövhəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: