Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanın millisi məğlub oldu

21:27 - 21 Avqust 2021 tarixində dərc olunub.

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında növbəti oyununu keçirib.

Vüqar Əliyevin baş məşqçi olduğu kollektiv A qrupundakı ikinci sınağında Bosniya və Herseqovina komandası ilə üz-üzə gəlib.

Görüş rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Yığma ilk setdə 14:25, ikinci setdə 23:25, sonuncu setdə isə 17:25 hesabı ilə uduzub.

Qeyd edək ki, Azərbaycan millisi ilk oyununda Belçika seçməsinə 0:3 hesabı ilə məğlub olub.///report

Müəllif: