Ucnoqta.az
www.ucnoqta.az

Zaqatalada yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi saxlanılıb

12:36 - 21 Avqust 2021 tarixində dərc olunub.
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət tədbirləri zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər sakini Fəridə Əliyevaya ev şəraitində müalicə təyin olunmasına baxmayaraq o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib. İnfeksiyanın yayılmasına şərait yaradan həmin şəxslə izahedici söhbətlər aparılıb və yaşadığı evə geri qaytarılıb. F.Əliyeva barəsində Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.
Müəllif: