Ucnoqta.az
www.ucnoqta.az

"Qarabağ" "Aberdin"i belə məğlub etdi - <font color=red><b>VİDEO</b></font>

22:05 - 19 Avqust 2021 tarixində dərc olunub.

Bu gün Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilir.

Ucnoqta.az.az xəbər verir ki, turnirdəki iştirakçılarımızdan əvvəlcə “Qarabağ” meydana çıxıb.
Ağdam klubu Bakıda Şotlandiya təmsilçisi “Aberdin”lə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş "Qarabağ"ın qələbəsi ilə başa çatıb.

Komandalar arasında cavab matçı isə avqustun 26-da Aberdində keçiriləcək. Mərhələni keçən komanda qrup mərhələsinə yüksələcək.




19 avqust
Konfrans Liqası


Pley-offun ilk oyunu

20:00. “Qarabağ” (Azərbaycan) – “Aberdin” (Şotlandiya) - 1:0
Qol: Xayme Romero, 30
Baş hakim: Rade Obrenoviç (Sloveniya)
Tofiq Bəhramov adına Respublika stadionu
///qol.az

Müəllif: