Ucnoqta.az
www.ucnoqta.az

Oğuzda iki avtomobil toqquşub,<font color=red><b> xəsarət alan var</b></font>

13:15 - 19 Avqust 2021 tarixində dərc olunub.

Oğuz rayonunda yol qəzası baş verib.

Hadisə bu gün səhər saatlarında Cavanşir və Dədə Qorqud küçələrinin kəsişməsində baş verib.

Belə ki, KIA və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///report

Müəllif: