Ucnoqta.az
www.ucnoqta.az

Bakıdan mənzildən qadın meyiti tapılıb

22:55 - 18 Avqust 2021 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

FHN-dən Ucnoqta.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1965-ci il təvəllüdlü Stepanova Asya Konstantinovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: