Ucnoqta.az
www.ucnoqta.az

Əşrəf Qani Əfqanıstandan nə üçün qaçdığını<font color=red><b> AÇIQLADI</b></font>

22:30 - 18 Avqust 2021 tarixində dərc olunub.

Ölkəni tərk edən Əfqanıstan prezidenti Əşrəf Qani qan tökülməsinin qarşısını almaq üçün bu addımı atdığını deyib.

Qani bu barədə “Facebook” hesabından etdiyi videomüraciətində bildirib.

O, hazırda Birləşmiş Ərəb Əmirliklərində olduğunu təsdiqləyib: “Kabili tərk etmək məcburiyyətində qaldım, paytaxtda qan tökülməsini istəmədim. “Taliban” paytaxta girəndə çevriliş olduğunu söylədilər, o zaman mən saraydaydım”.

Əşrəf Qani tezliklə ölkəyə dönəcəyinə söz verib: “Mən Birləşmiş Ərəb Əmirliklərindəyəm, amma yaxın gələcəkdə ölkəmə qayıdacağam. Vətənə dönməzdən əvvəl bir sıra məsləhətləşmələr aparıram. Əfqanlar üçün ədalətə nail olmaq üçün səylərimi davam etdirəcəyəm”.///Apa

 

Müəllif: