Ucnoqta.az
www.ucnoqta.az

Şabranda heroin satan şəxs saxlanılıb - <font color=red><b>FOTO</b></font>

16:08 - 18 Avqust 2021 tarixində dərc olunub.

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində apardıqları əməliyyat-axtarış tədbirləri zamanı Şabran rayon sakini Elxan Dadaşov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Ucnoqta.az-averilən məlumata görə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində E.Dadaşovun həmyerlisi Elşən Ələsgərova narkotik vasitə hesab edilən heroin satdığı aşkar edilib.

Faktla bağlı istintaq aparılır.

 

Müəllif: