İtaliyanın "Atletiko Terme Fyuci" komandasının 19 yaşlı futbolçusu Marko Tampvo infrakt keçirərək dünyasını dəyişib.
Bir neçə gün öncə koronavirusa yoluxan Tampvonun vəziyyəti qəflətən pisləşib. Nəticədə valideynləri təcili tibbi yardım çağırıblar. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.