Ucnoqta.az
www.ucnoqta.az

Naftalanda sanatoriyada yanğın olub

13:44 - 17 Avqust 2021 tarixində dərc olunub.

Naftalan şəhərində ümumi sahəsi 532 m² olan ikimərtəbəli sanatoriya binasının zirzəmisində 5 ədəd paltaryuyan maşın qismən və zirzəminin lambirindən ibarət tavanı 55 m² sahədə yanıb.

Bu barədə Ucnoqta.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: